Canlı “barbi”ni belə görməmisiniz

Canlı “barbi”ni belə görməmisiniz
2478 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən çox qazanan modellərindən olan Tayra Benks illər ötsə də, gənc həmkarlarına meydan oxumağa davam edir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə ulduz yenidən fotokamera qarşısına keçib.  

O, “Black” dərgisinin səhifələrini bəzəyib. Model “barbi” obrazını canlandırıb. Fotolarla yanaşı, Tayra maraqlı müsahibə də verib. O, “America's Next Top Model” şousundakı əsas məqsədlərindən danışıb:

“Bu şouda əsas məqsədim gözəl seçmək deyildi, model olmaq üçün fərqli potensiala sahib olmaq gərəkdir. Klassik gözəllik standartları hələ model olmaq üçün keçərli deyil. Mənim indiki etirasım insanlarda bu fikri dağıtmaq və yeni gözəllik kateqoriyaları formalaşdırmaqdır”.