Dünən “Miss Eurovision” gözəllik müsabiqəsinə həsr olunmuş parti keçirilib.
Axşam.az-ın məlumatına görə, “High Life Fashion & Model Academy”nin baş direktoru Aqil Məmiyevin təşkilatçılığı ilə baş tutan gecədə “Miss Eurovision” gözəlləri və tanınmış simalar çıxış edib.
“The Publik” restoranında baş tutan partiyə aparıcı Şəhriyar Əbilov, Samir Bayramlı, Tural Ozan, müğənni Aysel Əlizadə və başqaları qatılıb.