Gülşəndən Bakıdakı konsertində cəsarətli geyim - fotolar

Gülşəndən Bakıdakı konsertində cəsarətli geyim - fotolar
4285 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin tanınmış müğənnisi Gülşənin Bakıda solo konserti baş tutub.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Heydər Əliyev sarayında baş tutan konsertə ifaçı “Yatcaz kalkcaz” mahnısı ilə start verib.

“Mən azərbaycanlıları çox sevirəm. Siz təsəvvür edə bilmərsiniz ki, mənə necə doğmasınız. Bu konsertə ciddi hazırlaşmışam, bu günü çoxdan gözləyirdim. Rəqslərimlə və mahnılarımla sizi ovsunlayacağıma inanıram. Bu gün çoxlu əylənəcəyik”-, deyə sənətçi təəssüratlarını bölüşüb.

Cəsur geyimi və rəqsləri ilə tamaşaçıları təəccübləndirən ifaçı sonda Röya ilə “Sarışınım” mahnısını duet oxuyub.

Konsertdə Zamiq Hüseynov, Eldar Qasımov, Abbas Bağırov, şoumen Murad Dadaşov, aparıcı Kamilə Babayeva və başqa tanınmış simalar iştirak edib.