ATV-nin aparıcıları Zaur və Günay Baxşəliyev cütlüyü “Məni yarımdan soruş” verilişinin növbəti çəkilişlərinə başlayıb.
Axşam.az-ın məlumatına görə, gecə başlayan çəkilişlər səhərə kimid avame dib. Zaur və Günay çəkilişdən fotoları İnsatqram səhifəsində paylaşıb.
Qeyd edək ki, “Məni yarımdan soruş”, ATV kanalı və “Renk Medya”nın birgə layihəsidir. Veriliş bu günə kimi üç cütlüyü avtomobil sahibi edib.
“Məni yarımdan soruş” hər həftənin bazar ertəsi saat 21:40-da nişanlı və ailəli cütlüklərin maraqlı çıxışları ilə ekrana gəlir.