"SA Organization"dan sosial layihə - fotolar

"SA Organization"dan sosial layihə - fotolar
1612 dəfə oxunub
  • A-
  • A
  • A+

"SA Organization" iyunun 6, 7 və  8-i Heydər Əliyev sarayında keçiriləcək "Anadolu Ateşi"nin konsertinə biletlərin bir qismini xeyriyyə məqsədi ilə uşaqlara hədiyyə edib.

Bu barədər fiziki qüsurlu insanları və bir neçə məktəbin əlaçı şagirdlərini konsertə dəvət etmək və onların cəmiyyətə necə yararlı vətəndaş olduqlarını göstərmək üçün ATİB (Azərbaycan Türkiyə İş Adamları Birliyi) akt zalında, "SA Organization"un rəhbəri Selahattin Atalay bildirib. 

O qeyd edib ki, tədbirin əsas məqsədi gələcəyimiz olan şagirdləri dəyərləndirmək və onları gələcək uğurları üçün həvəsləndirməkdir. Fiziki qüsurlu insanlara  bu cəmiyyətin bir parçası olduğunu və onları cəmiyyətin hər yerində görmək istədiklərini,  belə sosial layihələri tez - tez  təşkil edəcəklərini vurğulayan S.Atalay bu xeyrli  işdə onları daima dəstəkləyən Türkiyənin Azərbaycandakı Səfirliyinə və Azərbaycan Türk İş Adamları Birliyinə minnətdarlığını bildirib.

Tədbirdə Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtım müşaviri Seyih Ahmed Arslan,  Azərbaycan Türk İş Adamları Birliyinin müdir müavini Mehmet Sami Acarözmen, "Duyğu" Sosail Reabilitasiya İctimai Birliyinin rəhbəri Təranə Musayeva və başqaları iştirak ediblər.

Xatırladaq ki, iyunun 6,7,8 -i  "SA Organization"un təşkilatçılığı, Türkiyənin Azərbaycandakı Səfirliyi və Azərbaycan Türk İş Adamları Birliyininin dəstəyi ilə Türkiyənin dünyada məhşur rəqs qrupu Anadolu Ateşi  "The Best of Anadolu Ateşi" adlı konsert proqramı ilə Heydər Əliyev Sarayında yenidən səhnə alacaq.