Məşhurlar nədən qorxurlar?

Məşhurlar nədən qorxurlar?
1385 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhurlar da insandır, onların da qorxuları, əcaib vərdişləri var. Bəs görəsən, səhnədə, efirlərdə həmişə özündənəmin, güclü görünən ulduzlar nədən qorxurlar?  

Axşam.az Türkiyə mətbuatına istinadən bəzi tanınmış simaların nələrdən qorxuduğunu və nələrdən vaz keçə bilmədiyini təqdim edir.

Murad Boz

Türkiyəli pop ifaçısı Murad Boz alma görəndə özünü saxlaya bilmir. Hərdən şərtlər imkan verməyəndə və ürəyi istəyən almanı yeməyəndə ağlamaq dərəcəsinə çatır.

Cem Yılmaz

Məşhur yumor ustası hər dəfə səhnəyə çıxmazdan öncə mütləq çoxlu şirniyyat yeyir. Cem bunun ona enerji verdiyinə inanır.

Beren Saat

Gözəl aktrisa təcavüzə məruz qalmaqdan qorxur.

Dəniz Akkaya

Model Dəniz Akkaya yaxın dostlarının ad günlərini, evlilik ildönümlərini heç vaxt unutmur və həmişə mavi güllər göndərir.

Handə Ataizi

Aktrisanın bu həyatdakı ən böyük qorxusu avtomobil qəzasına düşməkdir.

Zİnyət Sali

Müğənni zəlzələdən qorxduğu qədər heç nədən qorxmur.
 
Bərgüzar Korel
 
Aktrisa Bərgüzar Koreli ən çox narahat edən şey- dənizə girəndə ayağının yosunlara toxunmağıdır.

Mazhar Alanson

"MFÖ" qrupunun solisti getdiyi hər ölkədə mütləq parik alır. Sənətçinin evində, təxminən, 200-ə yaxın parik var.