Axşam.az-ın məlumatına görə, sənətçi peşəkar boksçudur.
"Həyatda heç bir qadın kişi gücünə inanmamalıdır. Xanım ən birinci öz gücünə güvənməlidir. Boksa uşaqlıqdan getmişəm. Ondan əvvəl isə 8 il üzgüçülük dərsləri almışam. Son üç ildir ki, yenidən boksla məşğulam. Istənilən kişi müğənnisinə meydan oxuya bilərəm. Hətta gələcəkdə Azərbaycanı bu idman növündə xaricdə təmsil etməyə də hazıram” - deyə sənətçi bildirib.