Məşhurlar qalxdıqları zirvədən enməmək üçün hər şeyə hazırdırlar. Hətta vücudlarını lüt-madərzad bütün dünyaya göstərməyə də. Fotossesiyalar üçün obraz seçən ulduzlar yaxınlarını, valideynlərini qətiyyən düşünmürlər. Nəticədə çılpaq bədənləri bütün dünyanın müzakirə obyektinə çevrilir.
Axşam.az "woman.ru" saytına istinadən çılpaq fotosessiya etdirməyi sevən ulduzlar haqqında qısa araşdırmanı təqdim edir.
Araşdırmanın nəticələrinə görə Amerikanın yeni parlayan ulduzlarından Mayli Sayrus çılpaq görünməkdən utanmır və imkan düşən kimi bədənini nümayiş etdirir. Müğənni bircə dəfə özünü reklam üçün yox, xeyirxah məqsədlə - xərçəng xəstəliyi probleminə diqqət çəkmək üçün soyunub.
Bütün tənha qadınların sevimli aktrisası Cenifer Eniston bədənini "GQ" jurnalının üz qabığında göstərib. Aktrisanın əynində paltar qismində yalnız Amerika bayrağı rəngində qalstuk olub.
Hollivud ulduzu Demi Mur isə hamilə olarkən "Vanity Fair" jurnalının üz qabığı üçün soyunub.
O vaxtdan gələcək ulduz analar arasında bu tip fotosessiyalar ənənəyə çevrilib. Müğənni Britni Spirs, aktrisa Cessika Simpson da hamilə vəziyyətdə çılpaq fotolar çəkdirib.
Əksər aktrisaları isə peşələrinə bəslədikləri sevgi soyunmağa məcbur edir. Belə ki, Hizer Qrem "Buqi tərzində gecələr", Helen Hant "Surroqat", Cenifer Konelli isə "Arzular üçün rekviyem" filmlərində rolları tələb etidiyi üçün çılpaq çəkilməyə razılıq veriblər.