Klipmeyker Zöhrab Ağayevin müğənni Natavan Həbibi ilə aralarındakı qalmaqal səngimək bilmir.
Axşam.az xəbər verir ki, sənətçinin “Əsgərliyə yararsız olanlar mənə fikir bildirir” ifadəsinə qarşı tərəfdən sərt cavab gəlib.
Z.Ağayev hərbi biletini nümayiş etdirərək bəzi məqamları ortaya çıxarıb:
“Neçə vaxtdır Bakıda yox idim. Yeni qayıtdım və Natavanın haqqımda şayiələr yaydığını eşitdim. Guya mən əsgərlikdə olmamışam, xidmətə yararsızam. Mən əsgər getmişəm. Hərbi biletimin fotolarını sizə təqdim edirəm. Natavan ömrü boyu onun-bunun paxıllığını çəkib. Onun mənimlə düşmənçilik etməsinin səbəbi var. Natavanın bu yaxınlarda İlham Qasımovla duet oxuduğu mahnıya mən klip çəkəcəkdim. Şərt qoydum ki, həmin mahnı ya solo oxunacaq, ya da mən yoxam. Beləcə, Natavanı klipdən uzaqlaşdırdım. Artıq ekran işi çəkilib, Türkiyədə montaj olunur. Yaxın günlərdə təqdimat keçiriləcək”.