30 ildən sonra "Avroviziya"ya qayıdacaqlar

30 ildən sonra "Avroviziya"ya qayıdacaqlar
1090 dəfə oxunub
  • A-
  • A
  • A+

2024-cü ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək ölkələrdən biri Lüksemburq olacaq.

Axşam.az xəbər verir ki, bu barədə "Eurovision.tv" məlumat yayıb.

Bildirilib ki, Lüksemburq 1956-cı ildə sözügedən müsabiqədə iştirak edən ilk və qatıldığı illər ərzində 5 dəfə qalib gələn ölkələrdən biri olub. 

Ölkə 1980-1990-cı illərdə yaşadığı bir sıra uğursuz çıxışlardan sonra müsabiqədən ayrılıb. Sonuncu dəfə müsabiqədə 1993-cü ildə iştirak edən Lüksemburq 30 il sonra - 2024-cü ildə yenidən yarışmaya qatılacaq.