Elza: "Çəkildiyim film dünyaya səs salacaq" - fotolar

Elza: "Çəkildiyim film dünyaya səs salacaq" - fotolar
1149 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan filmə çəkilir.

Axşam.az-ın məlumatına görə, bu haqda müğənni özü bildirib. O, iki yeni filmə dəvət olunduğunu və qəbul etdiyini söyləyib:

“Aşiqlər baxçasında” adlı filmdə çəkilirəm. Burada Cənnətə qapı açan mələk obrazındayam. Bu, dünyaya səs salacaq bir filmdir. Ekran işi Mahir Dərvişin ssenarisi və rejissorluğu ilə çəkilir. İkinci film də dini mövzudadır. Burada Peyğəmbərin qulluqçusu obrazını oynayıram. Gözəl aktyorumuz Rasim Balayev hər zaman mənə deyirdi ki, sənin cizgilərin hər obraza uyğun gəlir: dini, komediya, səmimi”.

Fotolarını sosial şəbəkədə paylaşan E.Seyidcahan İnstaqramı şəxsi televiziyası adlandırıb:
 
“Hər kəs İnstaqramı başqa məqsədlərlə istifadə edir. Amma bura mənim şəxsi kanalımdır. İnsanlara gözəl xəbərlərimi çatdırmaq üçün istifadə edirəm”.