Əməkdar artist Azərin Tovuz rayonunda əsgərlər qarşısında çıxış edib. Axşam.az-ın məlumatına görə, müğənni hərbi hissədəki konsertindən danışıb:
“Əsgərlərin qarşısında çıxış etməkdən qürur duydum. Onlara konsert verməkdə mənə köməklik göstərən hər kəsə təşəkkür edirəm. Allah türk əsgərlərini qorusun. Yaşasın, Azərbaycan ordusu!”.
Xatırladaq ki, bir müddətdir, Bakıda olan əməkdar artist, artıq bir neçə hərbi hissədə əsgərlərlə görüşüb, onların qarşısında maraqlı repertuarla çıxış edib.