Müğənni Rəqsanə İsmayılova bu gün media nümayəndələri ilə görüşüb.
Axşam.az-ın məlumatına görə, sənətçi Türkiyədə çəkdirdiyi yeni klipini təqdim edib. “Alma məndən gözlərini” adlı mahnıya çəkilən ekran işinin rejissoru türkiyəli Teoman Topçudur. Müğənninin klipdəki tərəf müqabili tanınmış ispan model Karlos Martin olub.
Rəqsanə çəkiliş prosesi vaxtı başına gələn maraqlı məqamlardan söz açıb:
“Sudan qorxuram. Hovuza girmək mənə çox çətin idi. Böyük hovuzun içinə bir ton su və quru süd tökdülər. Karlosla cəmi bir səhnədə birlikdə çəkldim. Digər kadrlarda ikimiz də təkik. Bu, mənim istəyim idi. Klipin bir epizodunda Karlos məni qucağına alıb, hovuza atmalı idi. Çox qorxduğumdan çəkiliş üç gün ləngidi. Rejissora əlavə pul ödəməli oldum. Axırda mənə konyak içirdilər ki, qorxum keçsin. Beləcə, hovuza tullana bildim”.
Rəqsanə deyib ki, Türkiyədə daha iki mahnısını ekranlaşdıracaq. O, həmin klipləri avqustda təqdim edəcək. Sənətçi eyni zamanda bölgələrdə - Qəbələ və Gəncədə kosnert verəcəyini bildirib. İfaçı Amerikanın iki müxtəlif şəhərində də həmyerlilərimizin qarşısına çıxacaq.