44 yaşlı aparıcı Ant Enstidom sevgilisi, 54 yaşlı aktrisa Rene Zellvegerlə birgə yer aldıqları fotoları yayımlayıb.
Axşam.az xəbər verir ki, o, şəkilləri sosial media hesabında izləyiciləri ilə bölüşüb. Görüntülərdə Antın övladları Arçi və Ameli də yer alıb.
Qeyd edək ki, Ant daha əvvəl iki dəfə ailə qurub və 3 övladı var.
Rene isə 2005-ci ildə kantri müğənnisi Kenni Çesnidən boşanıb.
Cütlük 2021-ci ilin iyununda tanış olub. Onlar sonuncu dəfə ötən ilin aprelində birgə foto yayımlamışdılar.