Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra iyulun 20-si vəfat edib.
Axşam.az "Unikal"a istinadən xəbər verir ki, Natəvan Babayeva Salyan rayonunun Parça Xələc kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, uzun illər ANS-də çalışmış aparıcı bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, iyulun əvvəlində reanimasiyaya yerləşdirilmişdi.