Nadir Qafarzadə Gürcüstan gözəli ilə - fotolar

Nadir Qafarzadə Gürcüstan gözəli ilə - fotolar
3887 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə sözləri və musiqisi Fərid Kərimiyə məxsus “Göndər” adlı mahnısına Tiflisdə klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, rejissoru Elnur Əliyev olan klipdə sənətçinin tərəf müqabili 2012-ci ildə “Gürcüstan gözəli” seçilmiş model Tamara Şedaniya olub. Model haqqında danışan N.Qafarzadə onun adını dünya gözəlləri siyahısına yazdırdığını bildirib:

“Tamara ölkəsini dünya gözəllik yarışmasında təmsil edən yeganə modellərdəndir. O, bir neçə brend firmaların siması olub”.

Müğənni Gürcüstandakı çəkilişlərdən və ona edilmiş təkliflərdən də söz açıb:

“Klip çəkilişləri üçün bir neçə geyim dəyişdim. Klipdən savayı, Gürcüstan televiziyası tərəfindən verilişə dəvət olundum. Lakin vaxt azlığından proqrama qatıla bilmədim. Bir neçə layihə təklifi də edildi. Onlardan yaxşılarını zamanla reallaşdıracağam. İndi isə klipin montajı gedir, hazır olduqdan sonra media nümayəndələrinə təqdim ediləcək”.