Xəbər verdiyimiz kimi, müğənni Nigar Camal məşhur “X Faktor" yarışmasının Türkiyə versiyasında münsiflik edəcək.
Axşam.az-ın məlumatına görə, ifaçı artıq müsabiqənin ilkin çəkilişlərinə qatılıb.
Yarışma iyulun 9-dan etibarən “Kanal D”də start götürəcək.
Qeyd edək ki, Nigar münsif kürsüsündə müğənnilər Sinan Akçıl, Atiye və fotoqraf Nihad Odabaşı kimi türkiyəli məşhurlarla birgə yer alıb.