Əməkdar artistin valideynləri: “Nəvə istəyirik”

Əməkdar artistin valideynləri: “Nəvə istəyirik”
2733 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Abbas Bağırovun “Yaşıl Teatr”da baş tutan konsertini izləyənlər arasında valideynləri də olub.

Axşam.az-ın məlumatına görə, müğənninin atası və anası “Onlar” verilişinə açıqlama verərək, oğlanlarının evlənməsini istədiklərini deyiblər:
 
“Vaxt ötür, biz də nəvə görmək istəyirik. Arzumuz odur ki, Abbas evlənsin. Qız nəvəmiz var, indi də oğul nəvə istəyirik. Deyir ki, evlənəcəyim qızı özüm tapacam. O, hər işini özü edir, bizə əziyyət vermir”.

Əməkdar artist isə valideynlərinin nəvə istəyinə belə cavab verib:
 
“Valideynlərimin konsertdə olması həyəcanımı azaltdı. Onların nəvə istəyinə gəldikdə isə... O demək deyil ki, subay qalacam. Mən də evlənəcəm... Gec-tez bu da olacaq”.