Növbəti konsertini Mayamidə verən amerikalı pop-ulduz Cennifer Lopez möhtəşəm şousu ilə yenə də onu izləməyə gələnləri əyləndirib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, vegeterian pəhrizi saxlayan 44 yaşlı müğənni gözəl bədən quruluşu ilə diqqəti cəlb edib. Çimərlik geyiminə bənzəyən paltarda səhnəyə çıxan Cey Lo rəqsləri ilə də yaddaşlara yazılıb.
Qeyd edək ki, C.Lopez daha əvvəl Nyu-Yorkda konsert proqramı ilə çıxış etmişdi.