“Hər yerə bu cavan oğlanla gedirəm” – fotolar

“Hər yerə bu cavan oğlanla gedirəm” – fotolar
2780 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Mətanət Əliverdiyeva ATV-də yayımlanan “Piknik” verilişinin ilk qonağı olub.

Axşam.az-ın məlumatına görə, şəxsi həyatından danışan aparıcı böyük oğlunu ilk dəfə kamera qarşısına çıxarıb:

“Mənim onsuz bir günüm, saniyəm olmasın. Həyat yoldaşımdan ayrılmamışam, amma hər yerə onunla yox, bu cavan oğlanla gedirəm. Oktay evimizin yaraşığı, ürəyi, ilkidir. Oğlumun 23 yaşı var”.

Həyat yoldaşı Bəxtiyar bəy haqqında çox danışmaq istəməyən M.Əliverdiyeva “Hər şeyi açıqlamaq olmaz ki... Onunla bağlı sirrləri aça bilmərəm. Onda Mətanət olmaram...” deyib. Aparıcının “həyat yoldaşınız sizi heç döyüb” sualına Mətanət “məni döymək qeyri-mümkündür. Heç vaxt belə şey olmayıb” cavabını verib.

Oğlu Oktay isə anası haqqında bunları söyləyib:
 
“Bu yaşa qədər anam məni heç vaxt döyməyib. Nə iş görürəmsə, mənə dəstək olur. Mənlə evlənən qız özünü xoşbəxt saymalıdır ki, onun Mətanət kimi qayınanası olacaq. Hazırda həyatımda qız yoxdur. İstəyirəm, amma vaxt olmur”.

Qeyd edək ki, aparıcının Əli adında daha bir oğlu var.