Türkiyəli müğənni Kənan Doğulu sevgilisi, aktrisa Bərən Saatı güllərə qərq edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gecə restoranlardan birində şam edən cütlük dostları ilə birlikdə maraqlı gün keçirib. Əhvalı yüksək olan Doğulu ona yaxınlaşan gülsatan qadından sevgilisi üçün bir dəstə gül alıb. İfaçı daha sonra digər gülsatanları da yanına çağıraraq güllərin sayını 60-a çatdırıb və 500 lira (184 manat) ödəyib.
Xatırladaq ki, ötən həftə baş tutmuş konserti zamanı Kənan Doğulu "Bal kimi" mahnısını ifa edərkən tamaşaçılar arasında olan nişanlısına öpüş göndərmişdi. Güllərlə bağlı suallara cavab verən müğənni "bütün güllər də, öpüşlər də onadır" deyib. Kənanın bu etirafı Bərənin gülümsəməsinə səbəb olub.