Sosial şəbəkədə qızı Melisa ilə şəkillərini paylaşan türkiyəli aktrisa, "Fox" kanalında yayımlanan "Ümidsiz ev xanımları" serialının "Elif"i Ceyda Düvənci fotolara yazılan şərhlərə əsəbləşib.
Axşam.az "Hürriyət"ə istinadən xəbər verir ki, aktrisa İnstaqram səhifəsində izləyicilərinə sərt sözlər yazıb:
"Heç vaxt yanımda olmayan, həyatım haqqında heç nə bilməyən bəzilərinədir bu sözüm: həyat çox bəsitdir, hərə öz işi ilə məşğul olsun. Şəkillərimi paylaşanda elə bilməyin ki, sizin fikrinizi soruşuram. Bu, çox axmaq düşüncədir!
Xoşunuza gəlmirsə, məni izləməyin, belə bir azadlığınız var. Mən belə anayam və qızım da xoşbəxtdir... Sizə heç nəyin dəxli yoxdur! Hamı özünə baxsın..."