Hamiləliyinin son ayını yaşayan Hollivud aktrisası Mila Kunisi sevgilisi Eşton Katçer bir an belə olsun tək qoymur.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu günlərdə Los Ancelesdə beysbol oyununa gedən Mila Ukraynada baş verən hadisələrlə bağlı ona ünvanlanan suala görə jurnalistə əsəbiləşib. Qəzəblənən Kunis deyib ki, daha belə sualları cavablandırmayacaq:
"Siz istəyirsiniz ki, mən Ukraynada olan hadisələrə şərh verim. Amma mən orada yalnız 7 il yaşamışam. Ona görə özümü o ölkədən hesab etmirəm”.
Daha sonra həvəslə oyunu izləyən cütlük səmimi hərəkətləri ilə yadda qalıb. Müsbət əhval-ruhiyyədə olan sevgililər daim gülümsəyib, öpüşüblər.
Qeyd edək ki, bir müddət əvvəl cütlük 10 milyon dollara ev alıb. Onlar Nikol Kidman və Kameron Diasla qonşu olacaqlar. Hazırda evdə təmir işləri gedir.