Xəbər verdiyimiz kimi, məşhur amerikalı müğənni Britni Spirs 2000-ci illərdə Castin Timberleykdən hamilə olduğunu etiraf edib.
Axşam.az-ın məlumatına görə, ifaçı xatirələr kitabında 19 yaşında ondan hamilə qaldığını və uşağı tələf etdirdiyini söyləyib. Timberleyk bu açıqlamasına görə Spirsi məhkəməyə verməyi planlaşdırır.
Belə ki, kitabdakı etiraflar rezonansa səbəb olub. Britninin pərəstişkarları Timberleyki qınayaraq, onun ünvanına tənqidlər yazıblar. Bu səbəbdən müğənni sosial media hesabında şərh bölmələrini bağlamaq məcburiyyətində qalıb. Hətta o, təhdidlərə görə bir neçə çıxışını ləğv etməli olub. Həm maddi baxımdan itkilərlə qarşılaşan, həm də reputasiyasına dəyən ziyana görə, o, Britnini məsuliyyətə cəlb etmək istəyir.
Qeyd edək ki, cütlük 1999-2002-ci illərdə eşq yaşayıb. O zaman Britninin 17, Castinin isə 18 yaşı var idi. Ayrılıq Britninin xəyanəti səbəbindən baş vermişdi. Timberleyk hazırda aktrisa Cessika Billə evlidir. Cütlüyün iki övladı var.