Tatlısəs Farahı məhkəməyə verir

Tatlısəs Farahı məhkəməyə verir
2478 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Farah Zeynep Abdullah son açıqlaması ilə yenidən diqqətləri üstünə çəkib.

Axşam.az xəbər verir ki, aktrisa məşhur müğənni İbrahim Tatlısəsin ifası ilə şəxsiyyətinin üst-üstə düşmədiyini vurğulayıb.

Farah "Xarakterinə əsəbiləşsən də əsərlərini bəyəndiyin biri var?" sualına belə cavab verib:

"Ölkəmiz bu mövzuda öndə gedir. Məsələn, Tatlısəs. Bu qədər böyük bir səsin belə bir xarakterdə insandan çıxması kədərlidir".

Tatalısəsin bu açıqlamasına görə, Farahı məhkəməmyə verəcəyi bildirilib.

Qeyd edək ki, aktrisa son olaraq "Bihter" filmində canlandırdığı obraza və ekran işinin qala gecəsində geyindiyi libasa görə tənqid olunmuşdu.