Xəbər verdiyimiz kimi, türkiyəli aktrisa Farah Zeynep Abdullah son açıqlamasında müğənni İbrahim Tatlısəsi təhqir edib.
Axşam.az-ın məlumatına görə, aktrisanı buna görə qınayanlar arasında dünyaca məşhur pianoçu Fazıl Say da olub.
"Böyük sənətçiləri əzməyə çalışaraq özünü məhv etdi. Kaş sənəti ucundan da olsa, öyrənə bilsəydi" deyə, o, aktrisaya bildirib.
Farah Fazılın sözlərini cavabsız qoymayıb və ona "Qardaş, mənim fikirlərim sənin işinə qalmayıb. Yohans Brams dinləmirəm indi, sevərsən" deyə, qarşılıq verib.
Qeyd edək ki, Tatlısəsin Farahı məhkəməyə verəcəyi bildirilir.