Polis "Survivor"a qarşı əməliyyat keçirdi, Acun qəzəbləndi - Video

Polis "Survivor"a qarşı əməliyyat keçirdi, Acun qəzəbləndi - Video
4780 dəfə oxunub
  • A-
  • A
  • A+

Dominikan polisi çəkilişləri ölkədə davam edən "Survivor All Star 2024" yarışının komandasına qarşı əməliyyat keçirib.

Axşam.az xəbər verir ki, bu barədə “TV8"in rəhbəri Acun Ilıcalı proqramın ötən gün baş tutan buraxılışında deyib. 

Belə ki, yarışlardan birində qalib olan komandaya mükafat olaraq Kolumbiyaya səfər təşkil edilib. Ölkənin hava limanında olarkən iştirakçı Seda Aktuğlu tanımadığı bir qadının telefonundan atasına mesaj göndərmək istəyib. Mesajı göndərə bilməyən Seda telefon sahibinə qeyd buraxıb. Həmin xanım isə bunu "Məni qaçırıblar" kimi anlayaraq polisə müraciət edib. 

Dominikana qayıtmaq istəyən komandanı hava limanında polis saxlayıb. Bəlli olub ki, məsələyə iki ölkənin polisləri müdaxilə etməli olub. Araşdırmalar üçün hava limanında 1 saat gözlədilən komanda daha sonra sərbəst buraxılıb.

Yarışma tarixində ilk dəfə belə bir hadisə ilə qarşılaşdıqlarını deyən Ilıcalı buna əsəbiləşib. O, cəza olaraq Sedanın komandasının qazandığı 5 mükafatı ləğv edib.