Vergi ödəməməkdə və külli miqdarda pulların yuyulmasında ittiham olunan rusiyalı bloger Yelena Blinovskaya aprelin 26-dək istintaq təcridxanasına göndərilib.
Axşam.az xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb. İstintaq blogerin ev dustaqlığı şərtlərini dəfələrlə pozulması faktını aşkar edib və bu tədbiri istəyib.
Blinovskaya iki dəfə qanunsuz pul köçürmələrində və 2019-2021-ci illər ərzində gəlirini aşağı göstərərək vergidən yayınmaqda ittiham olunub. Bloger isə təqsirini boynuna almayıb və dəymiş ziyanı ödəməkdən boyun qaçırıb.
Qeyd edək ki, bir müddət əvvəl Federal Vergi Xidməti bloqqerdən 1,4 milyard rubl ödəməyi tələb edib. Bu məbləğə vergilər və cərimələr daxildir. Yelena ötən ilin aprelindən ev dustaqlığına göndərilib.
