Çörçilin protez dişləri hərraca çıxarılacaq - Foto

Çörçilin protez dişləri hərraca çıxarılacaq - Foto
540 dəfə oxunub
  • A-
  • A
  • A+

Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçilin (1874-1965) protez dişləri hərraca çıxarılacaq.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, qızıl çərçivəli protezin qiyməti 5-8 min funt sterlinq (təxminən 10 – 17 min manat) arasında qiymətləndirilir.

Bildirilir ki, bu protez II Dünya müharibəsi zamanı “Biz çimərliklərdə döyüşəcəyik” çıxışını edərkən Çörçilin ağzında olub.

Hərrac fevralın 6-da Çeltenhemdə keçiriləcək.