Türkiyəli aktyor İsmail Hacıoğlu ötən günlərdə baş tutan qala gecəsinə keçmiş həyat yoldaşı Duyğu Kumarki ilə qatılıb.
Axşam.az-ın məlumatına görə, ikili birlikdə kameralara poz verib. Foto sosial mediada yayılaraq müzakirələrə səbəb olub.
Belə ki, Duyğunun estetikləri diqqət çəkib. Onun görünüşü izləyicilərin tənqidinə tuş gəlib. Onlar Duyğunu müğənni Umut Akyürekə bənzədiblər.

