"Barbi" "Oskar"a namizəd seçilmədi, etiraz etdi

"Barbi" "Oskar"a namizəd seçilmədi, etiraz etdi
426 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, 96-cı “Oskar” mükafatına namizədlərin siyahısı açıqlanıb.

Axşam.az-ın məlumatına görə, "Barbi" filmində baş rollardan birini canlandıran aktyor Rayan Qoslinq ekran işinin əsas ulduzlarından, aktrisa Marqo Robbi və layihənin rejissoru Qreta Qerviqin namizəd göstərilməməsinə münasibət bildirib.

"Barbi"siz (Marqonun canlandırdığı obrazın adı - red.)  "Ken" (Rayanın canlandırdığı obrazın adı - red.) olmaz. Eyni zamanda, bu tarixi, dünya şöhrətli film üçün ən vacib olan iki şəxs Qreta və Rayan olmadan "Barbi" filmi də yoxdur. Onların istedadı olmadan filmdə iştirak edən hər kəsin tanınması mümkün olmazdı. Onların işləri digər layiqli namizədlərlə birlikdə tanınmalıdır" deyə, o, açıqlamasında deyib.

Bir çox Hollivud insayderləri onun bu fikirlərini paylaşaraq Marqo və Qretanın namizəd göstərilməməsini sənayeyə zərbə adlandırıblar.

Qeyd edək ki, Rayan özü "Oskar" üzrə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasına namizəd olub. Film, həmçinin, "Ən yaxşı uyğunlaşdırılmış ssenari", "Kostyum dizaynı" və "Ən yaxşı köməkçi aktrisa" daxil olmaqla, bir neçə başqa nominasiya da yer alıb.