"Netflix" platforması 2025-ci ildə güləş yarışlarını yayımlamağa başlayacaq.
Axşam.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Bildirilib ki, platforma yayım hüququ üçün "World Wrestling Entertainment"ə 5 milyard dollar ödəyib. Şirkətlər arasında on illik müqavilə imzalanıb.
Bu müqavilə sayəsində "Netflix" ABŞ, Kanada, Böyük Britaniya, Latın Amerikası və digər ölkələrdə döyüşləri göstərə biləcək. Bununla yanaşı platformada güləşlə bağlı verilişlər də yayımlayacaq.