"Dilan gözəllik sektorunu çökdürdü, onu bağışlamayacağam"

"Dilan gözəllik sektorunu çökdürdü, onu bağışlamayacağam"
1398 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı-aktrisa Eylül Öztürk Türkiyədə çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılan məşhur fenomen Dilan Polata görə ölkədə gözəllik sektorunun çökməsindən şikayətlənib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında açıqlama yayıb. Eylül bildirib ki, Dilana görə bir çox insan işsiz qalıb:

"Siz sapla samanı ayırd edə bilmirsiniz? Edə bilsəydiz mən bu vəziyyətə düşməzdim. Aylardır ailəmlə mənim yaşadığımı bir Allah, bir də biz bilirik. Uşaqlarım necə olacaq? Mənim atam idi bu hadisələr baş verərkən "Biz buradayıq, siz Amerikada olanlara baxın" deyən? Nə gözəllik mərkəzim, nə narkotikim, nə qara pulları yumağım, nə vergidən yayınmağım, nə əxlaqım qaldı, artıq bəsdir.

Dilan hamımızın həyatını qaraltdı. Bu böyüklükdə gözəllik sektorunu çökdürdü. Onu bağışlamayacağam. Tək pis olduğum uşaqlarıdır. Allah analarına qovuşdursun, amma məndən uzaq olsun. 

Gözəllik sənayesi bitdi. Ədəbsizliyinizlə, şounuzla bizi məhv etdiniz. Bu sektorun insanları işləyən insanlardır. Sənə görə hamını eyni tərəziyə qoyurlar. Bir brendin simasısınızsa, özünüzü düzgün aparmalısınız".