Bu ölkə "Avroviziya 2024"dən imtina etdi

Bu ölkə "Avroviziya 2024"dən imtina etdi
1667 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya" mahnı müsabiqəsində Rumıniya ştirak etməyəcək.

Axşam.az xəbər verir ki, bu barədə Rumıniya Televiziyasının İnzibati Şurası məlumat yayıb.

Buna səbəb ölkənin beynəlxalq rəqabətdə daha yüksək standartlara uyğun iştirakını təmin etmək üçün kifayət qədər vəsaitə malik olmaması göstərilib.

Qeyd edək ki, yarışmanın birinci və ikinci yarımfinalları 7 və 9 mayda, final isə mayın 11-də olacaq.