Britaniyalı müğənni Elton Con son vida turu haqda kitab buraxacaq.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat yayıb.
"Farewell Yellow Brick Road: Memories of My Life on Tour" adlı kitabda turun pərdə arxasından eksklüziv fotolar yer alacaq.
Nəşr sentyabrın 24-də işıq üzü görəcək.
Qeyd edək ki, sözügedən tur 2018-ci ildə başlayıb. Elton Avropa və ABŞ-da 330 konsert verib. Sonuncu çıxışı isə ötən ilin iyulunda Stokholmda baş tutub. Genişmiqyaslı qastrol səfərləri sənətçiyə 900 milyon dollardan çox gəlir gətirib.