Leksi Lav adlı süni intellekt modeli yaradıcılarına ildə yüz minlərlə dollar qazandırır.
Axşam.az "The Sun"a istinadən xəbər verir ki, onun aylıq gətirdiyi gəlir isə 30 min dollardır.
İstək əsasında model mətn və səsli mesajlar, eləcə də fotoşəkillər göndərə bilir.
Virtual model gecə-gündüz işləyir və abunəçilərlə əlaqə saxlamaq üçün istənilən vaxt əlçatandır. 30 dildə danışan Leksini bəziləri real insan kimi qəbul edirlər. Buna görə də o, ayda 20-yə yaxın evlilik təklifi alır.
