"Kızılcık Şerbeti"ndəki obrazı ilə gündəmdə olan aktyor Settar Tanrıöğen insult keçirib.
Axşam.az xəbər verir ki, ötən gecə halı pisləşən 61 yaşlı sənətçi xəstəxanaya yerləşdirilib. Təcili əməliyyat olunun aktyorun beyninə qan sızdığı açıqlanıb.
Həkimlər Settarın vəziyyətinin hazırda yaxşı olduğunu bildiriblər.

