"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub.
Axşam.az xəbər verir ki, İrlandiyanı yarışmada təmsil edəcək təmsilçinin adı açıqlanıb.
Bembi Taq (Bambie Thug) adlı ifaçı ölkəsini müsabiqədə "Doomsday blue" adlı mahnı ilə təmsil edəcək.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.
Hazırda ölkəmizi təmsil etmək üçün 6 iştirakçı mübarizə aparır. Onlar Emy Lia (Emiliya Yaqubova), Mila Miles-İlkin Dövlətov-Etibar Əsədli, Aisel (Aysel Məmmədova), Fahree, Qorqud və Səbinə Quluzadədir.