Robbi Uilyams futbol klubunun prezidenti oldu

Robbi Uilyams futbol klubunun prezidenti oldu
776 dəfə oxunub
  • A-
  • A
  • A+

Britaniyalı məşhur müğənni Robbi Uilyams "Port Veyl" futbol klubunun prezidenti olub.

Axşam.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Sənətçi isə doğulduğu Stok-on-Trent şəhərindən olan komandanın çoxdankı azarkeşi olduğunu bildirib:

"Həyatım qeyri-adi və gözəldir. Onun çoxlu dönüşləri olub və prezident postunu almaq xüsusi bir şeydir".

Qeyd edək ki, “Port Veyl” hazırda İngiltərə futbol liqası sistemində üçüncü ən yüksək divizion olan "Liqa 1"də oynayır.