Nyu-York məhkəməsi köşə yazarı və yazıçı Elizabet Cin Karrollun ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı böhtan iddiasını təmin edib.
Axşam.az xəbər verir ki, qərara əsasən siyasətçi qarşı tərəfə 83,3 milyon dollar ödəməlidir.
Karroll Trampı təcavüzdə günahlandırdıqdan sonra o, qarşı tərəfi yalan danışmaqda ittiham edib. Buna görə də jurnalist Trampı məhkəməyə verib. Siyasətçi köşə yazarının reputasiyasına dəyən ziyana görə 11 milyon dollar, mənəvi zərərə görə 7,3 milyon dollar və cəza təzminatına görə 65 milyon dollar ödəməlidir.
Eks-prezident məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.