Türkiyəli aktrisa Tülin Ece gizli ailə qurub.
Axşam.az xəbər verir ki, aktrisa italiyan bəstəkar, pianoçu Alberto Giurioli ilə nikah masasına əyləşib. Tülin mərasimdən olan fotonu sosial media hesabında izləyiciləri ilə bölüşərək "14.10.2023" qısa şərhini yazıb.
Qeyd edək ki, aktrisa son olaraq "Evlilik hakkında her şey", "Ayrılık", "Bir Peri Masalı" kimi seriallarda rol alıb.
