"Bozun 50 çaları"ndakı roluna görə gizlənibmiş

"Bozun 50 çaları"ndakı roluna görə gizlənibmiş
1442 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bozun əlli çaları” filminin ulduzu Ceymi Dornan sözügedən ekran işindəki rolundan sonra tənqidlərə görə ailəsi ilə birlikdə kənddə gizlənib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor "The Guardian"a müsahibəsində bildirib. İrlandiyalı aktyor tənqidçilərin daim öz rəylərində onun bu obrazını xatırlatmasından şikayətlənib:

"Filmin nümayişindən sonra həyat yoldaşım Amelia Varner və övladımız Dulsi ilə birlikdə rejissor Sem Teylor-Consonun evinə köçdük. Böyük kassa gəlirləri məni bir az yumşaltdı. Amma bunu qəbul etmək çox çətin idi".

Qeyd edək ki, E.L.Ceymsin məşhur erotik romanı əsasında çəkilən film 1 milyard funt-sterlinqdən çox gəlir əldə edib. Ceyminin ekran işindəki tərəf müqabili Dakota Conson olub.