“Bi-2” rok qrupunun 5 üzvü Tailanddan deportasiya edildikdən sonra Rusiyada həbs oluna bilər.
Axşam.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, "Rusiya veteranları” ictimai təşkilatının nümayəndələri musiqiçilər barəsində 205.1-ci - “terror fəaliyyətinə köməklik” maddəsi ilə Baş Prokurorluq və İstintaq Komitəsinə müraciət edəcəklər.
Qeyd edək ki, qrup yanvarın 25-də Phuketdəki “Illuzion” gecə klubunda iş icazəsi olmadan çıxış etdikdən sonra saxlanılıb. Növbəti gün məhkəmə onların hər birini 95 dollar cərimə və Tailanddan deportasiya etmək qərarına gəlib.
Son məlumata görə, musiqiçilər Phuketdəki immiqrasiya polisinin saxlanma mərkəzində Banqkoka köçürülmələrini gözləyirlər. Bundan sonra onlar öz hesablarına ölkədən çxıarılacaqlar.