“Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, milyarder İlon Maskın “Neuralink“ şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib.
Axşam.az xəbər verir ki, bu barədə milyarder sahibi olduğu "X" sosial şəbəkəsində yazıb. O, prosesin yaxşı nəticə göstərdiyini vurğulayıb.
Maskın sözlərinə görə, bu üsulla insan düşüncə gücü ilə telefonu və kompüteri idarə edə biləcək.
Qeyd edək ki, "Neuralink"in ilk cihazı "Telepatiya" adlanır. Bu, əzalarından istifadə etmək qabiliyyətini itirmiş insanlar üçün yaradılıb. Onlar düşüncə gücündən istifadə edərək elektron cihazları idarə edə biləcəklər.