Rusiyalı müğənni Klava Kokanın klipində çəkilmək istəyən 14 yaşlı məktəbli qız fırıldaqçıların qurbanı olub.
Axşam.az xəbər verir ki, Şçelkovodan olan yeniyetmə ifaçının klipində yer ala biləcəyinə inanaraq çılpaq fotolarını fırıldaqçıya göndərib. Bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, yeniyetmə internetdə ifaçıya klip çəkdirmək üçün qızlar axtaran elana rast gəlib. Məktəbli anketi doldurub. Bundan sonra özünü menecer kimi təqdim edən naməlum şəxs onunla əlaqə saxlayıb. O, yeniyetmədən rəqs edərkən video çəkməsini, həmçinin çılpaq fotolarını göndərməsini istəyib. Şərtlər yerinə yetirildikdən sonra həmin şəxs onunla ünsiyyəti kəsib. Bir müddət sonra məktəbli qız hər biri ayrıca qiymətə satılan intim fotoşəkilləri olan bir alboma keçid tapıb.
O, hadisəni anasına danışıb və polisə müraciət edib. Faktla bağlı hüquq-mühafizə orqanları “On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər” maddəsi ilə cinayət işi açıb. Hadisəni törədən şəxs axtarılır.