Türkiyəli aktrisa Dilan Çiçek Dəniz "Bambaşka sohbetler" verilişində qonaq olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa gözünə estetik əməliyyat etdirməsi ilə bağlı danışıb:
"Həkimimlə ünsiyyət problemimiz oldu, böyük bir şey etdirdiyimi də düşünmürdüm. Təbii ki, daha çox araşdırma etməli idim. Bədənim inanılmaz reaksiya verdi, çünki çiynimdən də yeni əməliyyat olunmuşdum. Keyfim həmin an estetik istədi, yoxladım. Etdiyim şey keçici olduğu üçün ona görə rahat idim".