Rusiyada rejissora qarşı cinayət işi açılması istənilir

Rusiyada rejissora qarşı cinayət işi açılması istənilir
181 dəfə oxunub
  • A-
  • A
  • A+

"Master və Marqarita" filminin rejissoru Mixail Lokşinin rus ordusunu gözdən salması iddiası ilə yoxlanılması tələb olunub.

Axşam.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin müraciətində onun Ukrayna Silahlı Qüvvələrinə maliyyə vəsaiti ayırıb-ayırmamasının yoxlanılmasını və Mixailə qarşı cinayət işinin başlanmasını istəyib.

Onun sözlərinə görə, sözügedən film dövlət büdcəsindən ayrılan vəsait hesabına lentə alınıb. Ekran işinə təxminən 800 milyon rubl xərclənib. Lokşin həmçinin, rusiyalı siyasətçi Aleksey Navalnıya dəstək yazıları dərc edib və ukraynalı sənədli film istehsalçısı Mila Jluktenkoya pul verib.

Borodin iddia edir ki, Mixail açıq şəkildə Ukraynanı dəstəkləyib. O, rejissorun “Rusların gələcək nəsilləri Ukraynaya gətirdikləri faciəyə görə təzminat ödəməli olacaqlar” sözlərini də sitat gətirib.