Yaxın zamanda yayımlanması planlaşdırılan "Yan oda" serialının heyətində dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, aktrisalar Ayda Aksel və Yeşim Ceren Bozoğlu ekran işi başlamamış layihədən ayrılıb. Belə ki, yıxıldığı üçün ayağından əməliyyat olunan Aksel seriala çəkilə bilməyəcəyini deyib.
Bozoğlu isə son anda şərtlərlə razılaşmadığı üçün ekran işindən imtina edib.
Hazırda onların yerinə yeni aktrisalar axtarılır.