Fahriyə və Burak 7 milyonluq daha bir malikanə aldı - Foto

Fahriyə və Burak 7 milyonluq daha bir malikanə aldı - Foto
3219 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli məşhur cütlük Fahriyə Evcənlə Burak Özçivit yenidən mülkləri ilə gündəmə gəlib.

Axşam.az "Hürriyet"ə istinadən xəbər verir ki, ikili yaşadıqları səmtdən ikinci villa da alıblar.

Fahriyə və Burak 5 ay əvvəl Acarkentdə 2 milyon 350 min dollara (təxminən 4 milyon manat) mülk satın alıb. Cütlüyün övladları ilə birgə 500 kvadrat metrlik evə köçəcəkləri gözlənilərkən onlar daha bir villa alıblar. 900 kvadrat metrlik 4 mərtəbədən ibarət malikanə Burakla Fahriyəyə 4 milyon 250 min dollara (təxminən 7 milyon manatdan çox) başa gəlib.

Onların kirayə qaldıqları evdə yaşadığı və hələlik sözügedən mülklərə köçmədiyi bildirilib.

Qeyd edək ki, cütlüyün Karan və Kərəm adlı iki oğulları var.