Məşhur prodüserin həyat yoldaşı intihar etdi - Foto

Məşhur prodüserin həyat yoldaşı intihar etdi - Foto
985 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çiçəkli ayın qatilləri” filminin prodüseri və "Oskar"a namizəd olan Bredli Tomasın həyat yoldaşı İzabelle Tomas intihar edib.

Axşam.az xəbər verir ki, "TMZ" nəşrinin məlumatına görə, 39 yaşlı İzabelle Los-Ancelesdəki hotellərin birinin yuxarı mərtəbəsinin eyvanından yıxılıb. Hadisə yerinə gələn polis qadını hotelin hovuzunun ətrafında ölü tapıb.

Los-Anceles Tibbi Ekspertiza Ofisindən verilən məlumata görə, İzabellenin ölümünə səbəb onun intihar etməsidir.

Qeyd edək ki, Bredli ilə İzabelle 2018-ci ildən evli idi. Onların əkiz övladları var. Cütlük sonuncu dəfə yanvarın 13-də Beverli Hillsdə keçirilən "BAFTA" tədbirində birlikdə görülüblər. Bu, Bredlinin ikinci evliliyi olub.